Turist təyyarəsi qəzaya düşdü - 2 ölü
24 Fevral 2015 11:34 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.
İverdon-le-Ben şəhərindən qərbdə yerləşən Vo əyalətində baş verən təyyarə qəzasında 2 nəfər ölüb. Təyyarədə 1 pilot və 1 sərnişinin olduğu deyilir.
Ölən kişilərin birinin 48, digərinin isə 59 yaşı olub.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.