Turqut Özal torpağa tapşırılacaq

5 Oktyabr 2012 05:22 (UTC+04:00)
Türkiyənin keçmiş prezidenti Turqut Özalın ölümünün səbəblərinin aydınlaşdırılması üçün aparılan ekspertiza ilə əlaqədar ekshumasiya olunmuş cəsədi bu gün yenidən dəfn olunacaq.

Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib. Ekspertizanın nəticələri iki ay ərzində İstanbul prokurorluğuna veriləcək.

AzNews.az