İlham Əliyev Avropa İttifaqının nümayəndə heyətini qəbul etdi
24 Fevral 2015 14:20 (UTC+04:00)
AZNEWS.AZ AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub və bu əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinin önəmi qeyd edilib.
Söhbət zamanı əməkdaşlığımızın iqtisadi, enerji, nəqliyyat, insan hüquqları, demokratiya və digər sahələrdə vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.