İŞİD 90 xristianı əsir götürdü
24 Fevral 2015 15:01 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.
Hadisə Haseke şəhərinin yaxınlığındakı kənddə baş verib. Yaraqlılar kəndə hücum edərək 90 nəfəri əsir götürüb. Əsirlərin Ras-əl-Ayn şəhərinə aparıldığı deyilir.
Qeyd edək ki, bu, İD-in xristian kəndlərinə hücumu ilk deyil. Onlar Tell-Hormuz şəhərində fəaliyyət göstərən kilsəni və Tell-Şamiram, Tell-Nasri, Əl-Aqaybeş, Tuma-İlde və Əl-Hauze yaşayış məntəqələrində isə evləri yandırıblar.
Bu arada məlum olub ki, İspaniyada "İslam Dövləti" yaraqlılarına kömək etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Onların ikisi Afrikanın şimalındakı Melilya anklavında, ikisi isə Kataloniyada ələ keçirilib.