Türkiyədə mitinqlər başladı

5 Oktyabr 2012 05:49 (UTC+04:00)


Türkiyədə müharibə əleyhinə aksiya keçirilib. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, paytaxt Ankarada parlament binası qarşısında keçirilən aksiyada etirazçılar müharibə əleyhinə şüarlar səsləndiriblər. Polis aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Daha bir aksiyanın İstanbulun "Taksim" meydanında keçirildiyi deyilir. Verilən məlumata görə, ani-müharibə aksiyası indiki saatlarda da davam edir.

Sadiq Musa
AzNews.az