Türkiyə Suriyaya enerji nəqlini dayandıracaqmı?

5 Oktyabr 2012 06:29 (UTC+04:00)
Türkiyənin Enerji naziri Taner Yıldız Suriyaya nəql edilən elektrik və qaz nəqli ilə bağlı açıqlama verib. O, bildirib ki, Türkiyə Suriyaya nəql etdiyi elektrik enerjisini dayandırmayacaq.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirləri Taner Yıldız Beynəlxalq Enerji Konqresində səsləndirib.

O, həmçinin əlavə edib ki, qaz və elektrik nəqlinə görə tranzit qiymətlərində də hər hansı artış olmayacaq. "Biz Suriya əhalisinə qarşı embarqo tətbiq etmək istəmirik".

Sadiq Musa
AzNews.az