ABŞ səfirinin qatilləri Türkiyədə yaxalandı
5 Oktyabr 2012 06:36 (UTC+04:00)
Liviyada ABŞ səfirini ödürən şəxslər Türiyədə həbs olunub. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Liviyada ABŞ səfirinin öldürülməsində şübhəli bilinən iki şəxs "Atatürk" hava limanında yaxalanıb.
Verilən məlumat görə, onlar Türkiyəyə keçmək istəyərkən İstanbul Terrorla Mübarizə əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxslərin Tunis vətəndaşı olduğu bildirilir. Onlar ölkəyə saxta sənədlərlə keçmək istəyiblər. Hazırda saxlanılan şəxslərin dindirildiyi deyilir.
Sadiq Musa
AzNews.az