Madonna səhnədə yıxıldı - VİDEO
26 Fevral 2015 10:25 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Sky News" telekanalı yayıb.

Hadisə "Brit Awards"in tədbiri zamanı baş verib.
Madonna "Living For Love" mahnısını oxuyan zaman rəqqaslardan biri onun uzun plaşını əynindən çıxartmaq üçün dartıb. Nəticədə o, müvazinətini saxlaya bilməyərək yıxılıb.
Müğənni buna baxmayaraq öz ifasını sona çatdırıb.
Madonna hadisədən sonra özünün Twitter səhifəsində yazıb ki, Armani brendinə məxsus olan plaşın ipləri bərk bağlanıb.

