Rihanna: “Bakı!!!Mən buradayam!!!“

5 Oktyabr 2012 06:48 (UTC+04:00)


"Bakı!!! Mən buradayam!!! Baş verənlərə inana bilmirəm!!!" Anspress-in məlumatına görə, bu sözləri dünən axşam saatlarında xüsusi reyslə Bakıya təşrif buyuran dünyaca məşhur müğənni Rihanna öz şəxsi "Twitter" səhifəsində yazıb.

Ölkəmizə səfərindən təsirlənən ulduz ifaçı, "Bakı, mən burdayam və sizinləyəm. Bu, həqiqətən də çox gözəldir", "Azərbaycanda olmağımdan çox xoşbəxtəm", ifadələri ilə öz təəssüratını bölüşüb.

Qeyd edək ki, Rihanna oktyabrın 6-da "Baku Crystal Hall" səhnəsində solo konsert proqramı ilə çıxış edəcək. Bu məqsədlə müğənninin 80 nəfərlik komandası və konsert üçün xüsusi avadanlıqları da Bakıya gətirilib.

AzNews.az