Rus təyyarələri ələ keçirildi
26 Fevral 2015 23:12 (UTC+04:00)
ANS press-in məlumatına görə, bu haqda Litva Müdafiə Nazirliyi açıqlama verib.
"Biz An-22 və An-72 nəqliyyat təyyarələrini ələ keçirdik, onlar Rusiya Federasiyasının materik hissəsindən Kalininqrad sahəsinə uçurdular. Rusiya təyyarələri plansız hərəkət edirdilər", - deyə açıqlamada bildirilir. Rusiya hərbi təyyarələri fevralın 6, 9, 13-ü və yanvarın 30-da da Baltik dənizi üzərində görünüblər. Fevralın 10 da Latviyada Rusiya səfiri Aleksandr Veşnyakov bildirmişdi ki, Rusiya təyyarələri heç bir ölkənin sərhədini pozmayıb.