Azərbaycanda “Hicaba azadlıq” aksiyası - Xəsarət alanlar var - YENİLƏNİR

5 Oktyabr 2012 08:17 (UTC+04:00)


Təhsil nazirliyinin qarşısında dindarlar "Hicaba azadlıq" şüarı ilə aksiyaya başlayıblar. Hadisə yerində plan əməkdaşlarımızın verdiyi məlumata görə, polislə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. 40-dan artış aksiyaçının saxlandığı bildirilir. Polis nazirliyin binasını tam əhatəyə alıb.

***
Hadisə yerində olan əməkdaşımızın verdiyi ən son məlumatlara görə, aksiyaçıları dağıtmağa çalışan polislə vətəndaşlar arasında yaran qarşıdurmada Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhləb Bağırov yünğül xəsarət alıb.

Aksiya hələ də davam edir. Saxlanılanlar Nərimanov rayon 16-cı polis bölməsinə aparılıblar.

***

Son məlumatlara görə, polis aksiya iştirakçılarını ərazidən qismən də olsa uzaqlaşdırmağa nail olub. Təhsil Nazirliyi bütövlükdə polis nəzarətinə götürülüb.

Hadisə yerində olan əməkdaşımız bildirir ki, saat 16:00-da aksiyanın yenidən başlayacağı barədə məlumatlar var. Hələlik isə ərazidə sakitlikdir.

İlkin Pirəli
AzNews.az