İran radio və televiziyanı söndürdü

5 Oktyabr 2012 07:48 (UTC+04:00)
İran xaricdən yayımlanan tele-radio proqramlarının qarşısını almaq üçün hərəkətə keçib. Artıq İran tərəfinin xarici tele-radio proqramlarına qarşı bu siyasətinə ABŞ-ın yayım məsələləri üzrə şurasından münasibət bildirilib.

Şuranın məlumatına görə, "Amerikanın səsi", "Radio Fərda"nın farsdilli proqramlarının yayımına maneçilik törədilir.

Həmçinin BBC-nin də proqramlarının ölkə ərazisində dinlənilməsində ciddi problemlər var. İranın "söndürmə" siyasəti sputnik yayımına da təsir göstərib.

Səbəb xaricdən yayımlanan farsdilli proqramların ölkədə böyük maraqla qarşılanması və həmin proqramlarda İrandakı hazırkı vəziyyətin geniş şəkildə əks etdirilməsidir.

Alpər
AzNews.az