Səhlab Bağırov: “Xəsarətim ağır deyil“

5 Oktyabr 2012 08:34 (UTC+04:00)


Bakıda keçirilən qanunsuz aksiyada Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini xəsarət alıb. APA-nın məlumatına görə, dindarların keçirdiyi aksiyada Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırova xəsarət yetirilib. S. Bağırov APA-ya açıqlamasında xəsarətinin ağır olmadığını bildirib. O, qeyd edib ki, artıq aksiya dağıdılıb.

AzNews.az