Müsavat partiyasından Nemtsovun qətli ilə bağlı Açıqlama

28 Fevral 2015 11:44 (UTC+04:00)


Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, Rusiyada demokratik cəmiyyətin qurulması istiqamətində Boris Nemtsovun xidmətləri xeyli böyük idi: "Rusiya dövləti, xususən də Rusiya hakimiyyəti onu həzm edə bilmirdi".

G.Aslanlı hesab edir ki, Rusiya xalqı B.Nemtsovun qanının yerdə qalmaması üçün sərt addımlar atacaq: "Çünki Nemtsov və digərləri Rusiyada azad, demokratik cəmiyyətin yaranması, Rusiya hökümətinin öz xalqını təmsil etmədiyi fikrini dünyaya çatdıran çox önəmli şəxslərdən biri idi. Nemtsovun qətlinin arxasında siyası sifarişin olduğunu düşünürəm və bunu qətiyyətlə pisləyirəm".

Xatırladaq ki, bu gecə Rusiyanın müxalifət liderlərindən biri olan Boris Nemtsov Moskvanın mərkəzində Vasilyevsk enişində naməlum şəxs tərəfindən qətlə yetirilib.

Bahar RÜSTƏMLİ
AzNews.az