"Saakaşvilinin nazirləri" ölkədən çıxır

5 Oktyabr 2012 08:53 (UTC+04:00)
Gürcüstanda keçirilən parlament seçkiləri özülə dəyişikliklər gətirir. Bu dəyişikliklərdən biri də, Saakşavili silahdaşlarının ölkəni tərk etməsidir. AzNews.az-ın izvestia.ru saytına istinadən verdiyi xəbərə görə, ölkədən çıxanlar arasında Ədliyyə naziri Adeişvili, sabiq Müdafiə naziri Kezeraşvili və digərləri var.

Gürcü mətbuatının yazdığına görə, ölkəni tərk edən şəxslər əsasən məhkəmə təqibindən qorxduqlarından Avropaya üz tuturlar. Mətbuat ölkəni tərk edənlərin dəqiq kimliyini müəyyənləşdirə bilməsə də, şahidlərdən əldə olunan məlumata görə, hava limanında 10-dan artıq qara şüşəli hökumət maşını olub. Bundan əlavə, məsələ sosial şəbəkələrdə də geniş müzakirə mövzusudur.

"Gürcü arzusu" koalisiyasının müşaviri Qeorqi Xuxaşvili məsələyə münasibət açıqlayıb. O, bildirib ki, Saakşavilinin nazirlərinin hansı ölkələrə və nə səbəbə getmələri dəqiqləşdiriləcək və sənədləşdiriləcək".

Sadiq Musa
AzNews.az