Azərbaycanlı pokerdə milyon qazandı

28 Fevral 2015 20:00 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya mətbuatı xəbər yayıb.

Bildirilir ki, yarışın təşkilatçıları oyunun qaydalarına uyğun olaraq oyunçunun adına anonim saxlayır.

Məlum olan budur ki, o Azərbaycandandır və yarışa 800 dollarla qoşulub.

Yarışın 40-cı raundunda həmyerlimiz 800 dollar ilə öz uduşunu 550 min dollara qədər artırıb. Son paylamada o banka gedib və öz uduşunu ikiqat artıraraq yarışın qalibi olub.