Ərdoğan göz yaşlarını saxlaya bilmədi- FOTOLAR
28 Fevral 2015 21:26 (UTC+04:00)
ANS PRESS-in məlumatına görə,"28 fevrallar min il davam etməz" adlı mərasimdə 28 fevralda Türkiyədə son hərbi dövlət çevrilişlə bağlı video nümayiş edilib.
Qısa filmi ziləyən Ərdoğan göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, 1997-ci il fevralın 28-də keçirilən Milli Təhlükəsizlik Şurasının (MGK) qərarları o dövrdə Nəcmədin Ərbakan və Tansu Çillerin koalisiyası ilə qurulmuş "Refah-Yol" hökumətinə bildirildi. Qərarda dünyəvi (laik) sistem üçün qərarların icrası tələb olunaraq, "təriqət məktəbləri nəzarətə götürülməli, Təhsil nazirliyinin nəzarətinə verilməli, 8 illik təhsil sisteminə keçilməli, Quran kursları nəzarətə götürülməli, vahid təhsil sistemi icra edilməli, təriqətlər bağlanmalı, irtica səbəbilə ordudan qovulan hərbçiləri müdafiə edən və ordunu din düşməni kimi göstərən mətbuat nəzarətə götürülməli, geyim qanununa riayət edilməli, kəsilmiş qurbanların dəriləri dərnəklərə verilməməli, Atatürkün əleyihndə olan bütün işlər cəzalandırılmalıdır!" – deyilirdi.