373 əsgərin meyiti tapıldı
1 Mart 2015 22:13 (UTC+04:00)
ANS PRESS-in məlumatına görə, bu barədə separatçı Donetsk Xalq Respublikasının müdafiə naazirinin müavini Eduard Basurin açıqlama verib.
Onun sözlərinə görə, hava limanında tapılan 373 Ukrayna əsgərinin meyitindən 306-ı rəsmi Kiyevə təhvil verilib.
Xatırladaq ki, fevralın 27-də DXR Donetsk hava limanından 76 Ukrayna əsgərinin meyitinin tapıldığını bəyan etmişdi.
Hava limanı ətrafında isə ara-sıra qqısa müddətli döyüşlər gedir. Donetsk aeroportu Ukraynanın şərqində döyüşlərin getdiyi ən qaynar nöqtələrdən biridir.