“Real“ və “Atletiko Madrid“ xal itirdi - VİDEO

2 Mart 2015 09:14 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, dünən dörd qarşılaşma baş tutub.

Kataloniyanın "Barselona" futbol klubundan 4 xal irəlidə olan paytaxtın "Real Madrid" komandası bu dəfə doğma meydanında xal itirib.

Kral klubu "Vilyarreal" ilə oyunda Ronaldonun qolu ilə irəlidə olsa da sonda 1-1 hesablı bərabərliyə qalıb.

Türk futbolçusu Arda Turanın şərəfini qoruduğu "Atletiko Madrid" isə səfərdə "Sevilya"nı məğlub edə bilməyib. Oyun qolsuz bərabərliklə sona çatıb: 0-0.

Hazırda turnir cədvəlinə 61 xalla "Real Madrid" başçılıq edir. "Barselona" ondan 2 xal geridə qalır. 3-cü yerdə qərarlaşan "Atletiko Madrid"in 54 xalı var.

La Liqanın 25-ci turuna bu axşam keçiriləcək "Selta Viqo" – "Elçe" oyunu ilə yekun vurulacaq.

1 mart
İspaniya La Liqası, 25-ci tur


"Valensiya" – "Real Sosyedad" - 2:0
Qollar: Piatti, 53, 56 (2:0)

"Eybar" – "Atletik" (Bilbao) - 0:1
Qol: Gurpeci, 36 (0:1)

"Sevilya" – "Atletiko Madrid" - 0:0

"Real Madrid" – "Vilyarreal" - 1:1
Qollar: Ronaldo, 52-pen (1:0), Moreno, 64 (1:1)

2 mart
23:45. "Selta Viqo" – "Elçe"