Baş epidemioloq: “Epidemioloji vəziyyət sabitdir”

2 Mart 2015 13:48 (UTC+04:00)


Bunu APA-ya açıqlamasında Azərbaycanın baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev deyib. Onun sözlərinə görə, ölkə ərazisində, qriplə bağlı heç bir qorxu yoxdur. Baş epidemioloq qeyd edib ki, Azərbaycanın paytaxtında və ya regionlarda 3-5 adamın xəstələnməsi epidemiyadan xəbər vermir: "Bizim ölkədə də hər şəhərdə, rayonda, kənddə 3-5 nəfərin xəstələnməsi xəstəlik deyil. Yəni, biz özümüzü qorumadan ətrafımızda olan 1-2 nəfəri yoluxdururuq. Əgər belə bir vəziyyət olsaydı onda Səhiyyə Nazirliyi və müvafiq qurumlar tərəfindən ölkə ərazisində epidemioloji sağlamlığa qarşı xüsusi vəziyyət elan edilərdi. Yəni, məktəblər, uşaq bağçaları, ayrı-ayrı müəssisələr bağlanardı. Amma bu gün şükürlər olsun ki, heç bir məktəbə, uşaq bağçası bağlanmayıb. 1-2 nəfərin xəstələnməsi xəstəliyin yayılması demək deyil. Məktəbdə bəzi şagirdlər qripə yoluxduqda onlar sağalana kimi müəyyən müddətdə dərsdən təcrid olunurlar və sağalandan sonra məktəbə buraxılırlar. Fərz edək ki, bir kəndin 2500 nəfər əhalisi var. Onlardan 10 nəfərin qriplə xəstələnməsi heç nədir. Mənim doğulduğum Sabirabada rayonunun 84 kəndi var. Bu kəndlərin hər birində 10 nəfərin xəstələnməsi ümumi 154 min əhalinin xəstələnməsi deyil. Bu normal bir haldır. Ölkə ərazisində heç bir təhlükə yoxdur və ümumi epidemioloji vəziyyət sabitdir".