Erməni hərbçiləri belə məhv edildi - VİDEO

2 Mart 2015 14:29 (UTC+04:00)


Trend düşmən hərbçilərinə qarşı həyata keçirilmiş həmin əməliyyatın görüntülərini əldə edib.

Kadrlardan görünür ki, Azərbaycan Silahlı Qüvvələrinin mövqeyindən eyni anda açılan atəş nəticəsində qarşı tərəfdə işğalçı ordunun hərəkət edən 2 hərbçisi öldürülür.


Qeyd edək ki, Ermənistan KİV-nin yaydığı məlumata görə, fevralın 28-də saat 14:25-də cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin 2 hərbçisi – 1995-ci il təvəllüdlü Ayk Baroyan və 1979-cu il təvəllüdlü Artak Aqekyan Azərbaycan Ordusu tərəfindən açılan atəş nəticəsində ölüblər.

Azərbaycan Ordusunun Ermənistanın 2 hərbçisinin məhv edilməsi ilə nəticələnən həmin əməliyyatının görüntülərini təqdim edirik.