“28 May” metrosunun girişi niyə açılmır?

2 Mart 2015 14:39 (UTC+04:00)
Bununla bağlı redaksiyamıza çoxsaylı oxucu müraciəti daxil olduğundan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.

QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin AzNews.az-a verdiyi məlumata görə, stansiyadakı təmir işləri hələ də yekunlaşmayıb:
"Bu baxımdan "28 May" metrosunun girişinin sərişinlərin istifadəsinə veriləcəyi tarix bəlli deyil.".

Nəsimi Paşayev "Elmər Akademiyası" metrosunun yeni girişinin inşasının nə vaxt yekunlaşacağı haqda da açıqlama verib:
"Elmər Akademiyası" metrostansiyasının Bakı Dövlət Universiteti tərəfə olan çıxışının inşası bu il ərzində yekunlaşacaq. Stansiyanı 2015-ci ilin axırlarında sərnişinlərin istifadəsinə verməyi planlaşdırırıq".

Nigar
AzNews.az