"Festivalda tələbələrimlə oxuyacam” - Mənsum İbrahimov

2 Mart 2015 15:30 (UTC+04:00)


Bu barədə AZNEWS.AZ-a xanəndənin özü məlumat verib.

M.İbrahimovun sözlərinə görə, Azərbaycanın 7 muğamı bu festivalda ifa olunacaq:
"Özü də hər xanəndə öz tələbələri ilə oxuyacaq. Festival ərəfəsində keçirilən konsertlərdə hər bir azərbaycanlı ilə bir əcnəbi yarışacaq. Festivalın son 3 günündə isə müsabiqə keçiriləcək. Müsabiqəyə mənim 6 tələbəm - Orxan Hüseynli, Xətai Hacıyev, Hüseyn Məlikov, Aytən Məhərrəmli, Güllü Muradova və Zümrüd Məmmədova qatılacaq".

M.İbrahimov əlavə edib ki, bu festivalı əvvəlkindən fərqləndirən münsiflər heyətinin üzvləridir: "Onlar əcnəbi musiqicilərdir. İngiltərə, Türkiyə, Almaniya, Misir, İran və s. ölkələrdən olacaq. Əvvəllər 3 münsüf üzvü Azərbaycandan, 4-ü isə xarici ölkədən olurdu. Bu dəfə isə Azərbaycanı bu festivalda ancaq Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi təmsil edəcək".

Bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə olan festival Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ərsəyə gələcək.

Martın 11-dən 18-nə kimi davam edəcək "Muğam aləmi" festivalına 40-dan çox ölkənin iştirakçısının qatılacağı gözlənilir.

Bahar RÜSTƏMLİ
AzNews.az