İlham Əliyev Böyük Britaniyalı qonağı qəbul etdi

2 Mart 2015 16:11 (UTC+04:00)


Çarls Hendri bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi Prezident İlham Əliyevin təşəbbüsü ilə "Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında" Anlaşma Memorandumu imzalamaqdır.

AZNEWS.AZ xəbər verir ki, İlham Əliyev Azərbaycan ilə Böyük Britaniya arasında təkcə enerji sektorunda deyil, iqtisadi, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb.

Prezident İlham Əliyev daha çox sayda Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsində də ölkəmizin maraqlı olduğunu deyib.

Dövlət başçısı Çarls Hendrinin bu istiqamətdə əlaqələrimizin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirib.