Qubad İbadoğlu 5 ay Azərbaycana gəlməyəcək

2 Mart 2015 17:48 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin üzvü Ellada Məmmədli deyib.

O bildirib ki, hərəkatın sədri Q.İbadoğlu ABŞ-a dəvət olunub:
"Qubad İbadoğlu 5 aylıq Amerika Birləşmiş Ştatlarına dəvət olunub. ADR-in sədri kimi siyasi məsələlərlə bağlı müzakirələrə qatılacaq. Olmadığı müddətdə onu ADR-in 1-ci müavini Vurğun Əyyub əvəz edəcək".

E.Məmmədli V.Əyyubun bu posta layiq görülməsinə də aydınlıq gətirib: "Bu, nizamnaməyə əsasən sədrin təyinatıdır. Vurğun bəy namizədliyini geri götürsə də İdarə Heyətinin təkidi ilə bununla razılaşmalı oldu".

Bahar RÜSTƏMLİ
AzNews.az