Eşşək əti böyük qalmaqala səbəb oldu

2 Mart 2015 20:27 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, dövlət televiziyası ötən həftə ölkənin şimalındakı Çuy vilayətindəki fermalardan birində ulaqların kəsilməsi barədə məlumat yayıb.

Jurnalistlər hesab edir ki, bu ət kafe və restoranlara verilə bilər. Amma fermerlər ulaq ətinin Honqkonqdakı zooparka satıldığını deyirlər.

Parlamentdəki kənd təsərrüfatı komitəsi hökuməti martın 15-dək məsələyə aydınlıq gətirməyə çağırıb.

Komitənin üzvü Saidulla Nuşanov bildirib ki, əgər hökumət tədbir görməsə nazirlər kabinetinin istefasına çağıracaq.