Ermənidən səfirə alçaq hücum- FOTO

2 Mart 2015 22:18 (UTC+04:00)

ANS-in məlumatına görə, Paris Descartes Universitetinin Hüquq fakultəsində "Türkiyə və Fransada dünyəvilik" adlı konfrans keçirilib.

Konfransda çıxış edən türk səfir erməni əsilli bir Fransa vətəndaşı tərəfindən hücuma məruz qalıb.

Belə ki, səfir tribuna arxasında danışarkən erməni yaxınlaşaraq rəngli maddələri onun üstünə çırpıb.

Hücumdan sonra açıqlama verən Hakkı Akil həmin şəxsin erməni əsilli olduğuna diqqət çəkib.

"Onun kimliyi artıq bizə məlumdur. Bu və bunun kimi ermənilər Marsilya və Parisdə turzm ofislərimizə hücumlar ediblər", - deyə səfir bildirib.