Yohan Kroyf geri çəkildi

5 Oktyabr 2012 11:14 (UTC+04:00)
Hər zaman "Barselona"nı "Real Madrid"dən 1 pillə öndə görən kataloniyalıların əfsanəvi oyunçusu Yohan Kroyf bu dəfə geri addım atıb. "Total" futbolun banisi həftə sonu oynanılacaq "El-Klassiko"-da paytaxt təmsilçinin şanslarının daha çox olduğunu bildirib.

Buna səbəb kimi o, Real Madridin məğlub olacağı halda La Liqada şanslarının daha da azalacağını göstərib. "Normal şərtlərdə kimin qazanacağını bilmək çətindir. Ancaq bu səfərdə "Real Madrid" məğlub olarsa dünya başlarına yıxılar. Çünki xal hesabında çox geri qaldılar. Buda məni qorxudur. Madrid təmsilçisi işləri dəyişdirmək üçün əlindən gələni edəcək". -Kroyf belə deyib.

Xatırladaq ki, İspaniya La-Liqasının 7-ci turu çərçivəsində keçiriləcək "Barselona"-"Real Madrid" oyunu 7 oktyabrda, Bakı vaxtı ilə saat 22:50-də baş tutacaq.

Elman Bakuvi
AzNews.az