Bakıda oğurluqla məşğul olan dəstə üzvləri tutuldu - FOTO

2 Mart 2015 23:41 (UTC+04:00)

APA-nın məlumatına görə, keçirilən əməliyyat nəticəsində müxtəlif vaxtlarda Xəzər rayonu Buzovna qəsəbəsindəki ticarət obyektlərini qarət edən dəstənin üzvləri, yetkinlik yaşına çatmayan Maksim İvanov, Nahid Mənsurov, Zahir Mustafayev, Kənan Cabbarov saxlanılıblar.

İlkin ifadələri zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər. Məlum olub ki, onlar ötən ilin dekabr ayından Buzovna qəsəbəsindəki ticarət obyektlərinin qapı və pəncərələrini sındıraraq qarət ediblər.

Saxlanılan şəxslərin evlərinə baxış keçirən zaman istintaqa məlum olmayan mənbədən əldə etdikləri çoxlu sayda fişəng və digər partlayıcı maddələr götürülüb. Məlum olub ki, cinayətkar dəstə həmin partlayıcı maddədən bankomatları qarət etmək məqsədi ilə istifadə edəcəkmiş.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.