Atatürkə qarşı hörmətsizlik

5 Oktyabr 2012 11:18 (UTC+04:00)
Türkiyədə Atatürkün büstü yol kənarında, yerə atılmış şəkildə tapılıb. Türkiyəli millət vəkili İsmayıl Çələbi tərəfindən tapılan büstü polis əməkdaşları olduğu yerdən götürməyə çalışıblar.

AzNews.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, polislər bu zaman millət vəkilinin sərt reaksiyası ilə qarşılaşıblar. Daha sonra üz hissəsindən qismən zədələnən büst Çələbinin xəbərdarlığı ilə aidiyyəti qurumlara təslim olunub.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma başladılıb. Büstün yerdə tapılması ictimaiyyət arasında da səs-küyə səbəb olub.

Sevinc Fədai
AzNews.az