Daha bir sayt fəaliyyətini dayandırdı

3 Mart 2015 14:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, "KarabakhİNFO.com" beynəlxalq elektron jurnalı bu gündən yenilənmir.
Saytın redaksiya telefonlarına isə cavab verən yoxdur.



Qeyd edək ki, "KarabakhİNFO.com" beynəlxalq elektron jurnalı 2012-ci il aprel ayının 10-da Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanovun ideya müəllifliyi və təşəbbüsü ilə yaradılıb.

Xatırladaq ki, martın 1-dən etibarən "Teleqraf Holding" və " APA Holding"in tərkibinə daxil olan 6 sayt da ("Kult.az", "Tabloid.az", "İsvestiya.az" və "Kulis.az", "Ailem.az" , "Avtolent.az") fəaliyyətini dayandırıb.