“Bakcell”də problem yarandı – İnternet kəsildi

3 Mart 2015 14:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki,şirkətin internet xidməti tamamilə iflic olub. "Bakcell"in data kart və mobil internet istifadəçiləri internetdən istifadə edə bilməyiblər.

Məsələ ilə bağlı şirkətdən AzNews.az-a bildiriblər ki, problem texniki təkmilləşdirmə ilə bağlıdır :"İnternet şəbəkəmizdə aparılan texniki təkmilləşdirmə işləri səbəbindən müştərilərimiz internet xidmətlərimizdən istifadədə müvəqqəti problemlə üzləşə bilərlər. Baş vermiş narahatçılığa görə müştərilərimizdən üzr istəyirik".