“Mən rus işğalçısıyam” videosu rekord qırdı – VİDEO

3 Mart 2015 17:34 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, artıq bu videoya 3 milyondan çox insan baxıb.
Videoçarxın mətnində deyilir: "Mən Sibiri işğal etdim. İndi orda neft, qaz, alüminium və digər faydalı qazıntı çıxarırlar.

Mən Pribaltikanı işğal etdim. Dağılmış ərazilərdə zavod və elektrik stansiyaları tikdim. Bu bölgə yüksək keyfiyyətli radiotexnika və avtomobili ilə məşhur oldu. Ətirləri və balzamları tanındı. Mənim ordan çıxmağımı xahiş etdilər. İndi orda yalnız balıq istehsal edirlər, yerli əhali isə Avropada unitaz təmizləyir.

Mən Orta Asiyanı işğal etdim. Səhralıqda zavodlar, kosmodromlar, xəstəxanalar və stadionlar tikdim. Orda kosmik raket və təyyarə buraxdıq. Sənayeni inkişaf etdirdik, taxıl və pambıq yetişdirdik. Mənim ordan çıxmağımı xahiş etdilər. İndi orda ABŞ kreditləri inkişaf edir, narkotik maddə istehsal edirlər. Əhalinin böyük hissəsi isə keçmiş işğalçıların tikintisində çalışır.

Mən Ukraynanı işğal etdim. Onlarla birgə aviamühərrik istehsal etdim. Gəmi, tank və avtomobil buraxdıq. Mənim ordan çıxmağımı xahiş etdilər. İndi orda xaosdur və yeni heç nə tikmirlər. Bu ölkədə Maydan hərəkatından və diktaturadan savayı heç nə yoxdur.
Bəli, mən işğalçıyam və buna görə üzr istəməkdən yoruldum. Mən anadangəlmə işğalçı doğulmuşam. Mən işğalçı və qaniçən bədheybətəm. Məndən qorxun".

Qeyd edək ki, bu videoçarx haqda Youtube-da çoxsaylı şərh yazılıb.