Cəlilabadda qeyri-adi hadisə - FOTO

3 Mart 2015 18:02 (UTC+04:00)
Belə bir qeyri-adi hadisə Cəlilabad rayonunun Bayaxanlı kəndində Zəfər İsmayılova məxsus fərdi təsərrüfatda baş verib.

AZNEWS.AZ xəbər verir ki, quş hinindəki qazın yuvasında qırmızı rəngdə yumurta görən təsərrüfat sahibi ilk öncə onun kartof olduğunu zənn edib. Elə buna görə də onu yuvadan kənarlaşdırmaq istəyib. Lakin sonradan onun elə qaz yumurtası olduğunu anlayıb.

Təsərrüfat sahibi Zəfər İsmayılov bildirib ki, qırmızı rəngdə olan yumurta yalnız rənginə görə digər yumurtalardan fərqlənir: "Bundan əvvəl 10-a yaxın yumurta qoyan qazın digər yumurtaları normal olub".

Zəfər İsmayılov ilk dəfədir ki , təsərrüfatında belə bir halla qarşılaşdığını deyib.

Mütəxəsislərin fikrincə, ev quşlarının nadir hallarda bu kimi rəngli yumurta qoyması onların orqanizimində maddələr mübadiləsinin pozulması, eləcə də qidalanması ilə əlaqədardır.

İndi hamını yumurtanın içindən çıxacaq qaz balasının hansı rəngdə olacağı maraqlandırır.