Rusiyadan Obamanın Nemtsovla bağlı sözlərinə ağır cavab

3 Mart 2015 20:03 (UTC+04:00)


Axar.az xəbər verir ki, Lavrov Obamanın Nemtsovun qətli ilə bağlı söylədiklərini təəssüf hissi ilə qarşılayıb: "Obamanın şərhi vicdanının onu tərk etdiyini göstərir". Qeyd edək ki, Obama Nemtsovun öldürülməsinin Rusiyada insan haqları və söz azadlığı ilə bağlı vəziyyətin pisləşdiyinin göstəricisi olduğunu vurğulamışdı. Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də saat 23:40-da Moskvanın mərkəzində naməlum şəxslər tərəfindən qətlə yetirilib.