İvanişvili erməniləri ittiham etdi
5 Oktyabr 2012 11:58 (UTC+04:00)
Gürcüstanda keçirilən parlament seçkilərində qalib gələn "Gürcü arzusu" koalisiyasının rəhbəri Bidzinı İvanişvili "The New Times" qəzetinə müsahibəsində ermənilərlə bağlı maraqlı fikirlər səsləndirib.
Belə ki, İvanişvili gürcülərin öz torpaqlarına bağlı olduğunu bildirərək erməniləri misal çəkib: "Bizdə ermənilər yaşayır. Mən təəccüblənirəm, onların vətənləri bir addımlıqdadır, amma onlar burda yaşayırlar. Ola bilsin ki, sizin üçün belə məsələ yoxdur. Mənim üçünsə aydın deyil. Mən Fransada, Amerikada yaşamışam, amma mənim kəndim, torpağım həmişə yuxuma girib".
Qeyd edək ki, parlament seçkilərinin nəticələrinə görə İvanişvilinin bloku 54,87 faiz səs toplayıb.
Elnarə Əlosmanqızı
AzNews.az