Bakıda uşaqlar xilas edildi
4 Mart 2015 09:09 (UTC+04:00)
AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Mənzildə 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər mənzilin giriş qapısını açaraq uşaqları xilas ediblər.