“Qarabağ“ bu gün “Bakı“nı sınağa çəkəcək
4 Mart 2015 09:15 (UTC+04:00)
AZNEWS.AZ Qol.az-a istinadən xəbər verir ki, bütün qarşılaşmalar eyni günə nəzərdə tutulub.
"Neftçi" öz meydanında AZAL-ı qəbul edəcək. "Xəzər Lənkəran" səfərdə "İnter"in qonağı olacaq. Premyer Liqanın lideri "Qarabağ" Respublika stadionunda autsayder "Bakı" ilə üz-üzə gələcək.
Günün son matçı Qəbələdə keçiriləcək. "Qəbələ" doğma meydanda "Simurq"la qarşılaşacaq.
4 mart
Azərbaycan kuboku, 1/4 final, ilk oyunlar
17:00. "Neftçi" – AZAL
"Bakcell Arena"
17:00. "İnter" – "Xəzər Lənkəran"
"İnter Arena"
17:00. "Qarabağ" – "Bakı"
Tofiq Bəhramov adına Respublika stadionu
19:00. "Qəbələ" – "Simurq"
Qəbələ şəhər stadionu