İŞİD-ə qarşı vuruşan ilk britaniyalı öldü

4 Mart 2015 09:22 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Daily Telegraph" qəzeti yayıb.

Məlumata görə, 25 yaşlı britaniyalı Konstandinos Erik Skurfild Kral Dəniz Piyadasının keçmiş hərbçisi olub.

El-Kamışlı şəhərinin yaxınığında, Türkiyə ilə sərhəddə ölən britaniyalı kürd yaraqlılarla birgə İD-ə qarşı vuruşub.

Bununla da o, bu terror təşkilatına qarşı vuruşaraq öldürülən ilk britaniyalı kimi tarixə düşüb.