Davudoğlu: “Avropanın taleyi Türkiyənin taleyindən ayrı deyil”

4 Mart 2015 09:43 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "İHA" agentliyi yayıb.

Davudoğlu Türkiyənin Avropa İttifaqına üzvlüyünə dair açıqlamasında "Avropanın taleyi Türkiyənin taleyindən ayrı deyil, amma Türkiyə öz taleyini Avropada Türkiyə əleyhdarlarının əlinə də buraxa bilməz" sözlərini deyib.

Baş nazir Portuqaliya ilə münasibətlərindən də söz açıb: "May ayının 5-də Ankarada Dünya Portuqal Günü keçiriləcək. Portuqal və Türk dili çox geniş coğrafiyada istifadə edilən iki dildir. Milli Təhsil Nazirliklərimiz arasında yaradılan əlaqələr daha da inkişaf edəcək. Regional münasibətlər çərçivəsində, xüsusilə Afrika və Asiyada, Latın Amerikasında birlikdə üçüncü ölkələrə açılmaq məsələsində bir perspektivimiz var. Türkiyə son dövrdə Afrikada 39 səfirliyə malik oldu. Türkiyə keçən il portuqalca danışan ölkələr birliyinə də müşahidəçi üzv oldu. Bu barədə Portuqaliyanın verdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Türkiyə Portuqaliya ilə birlikdə bütün bu bölgələrdə işləməyə hazırdır. Aİ kontekstində Portuqaliyanın bizə verdiyi dəstəyə minnətdarıq. Hər zaman Portuqaliya Türkiyənin əhəmiyyətini Avropa qitəsi içində anlayan bir ölkə olub. Aİ-də Portuqaliyanın dəstəyinə ehtiyacımız var. Mən bu gün Lissabonda ziyarət etdiyim məscidə görə də Portuqaliya hökumətinə və ictimaiyyətinə "sağ olun" deyirəm".