“Allahın işidir, neyləmək olar” – Rəmişin həyat yoldaşı

4 Mart 2015 10:01 (UTC+04:00)


Tanınmış gitaraçının həyat yoldaşı Gülü Hüseynova AzNews.az-a açıqlamasında qaynının evinin yanması faktını təsdiq edib.

"Biz rayondayıq. Eşitdik ki, qaynımın evi yanıb. Hazırda evin yanma səbəbini bilmirik. Hər halda Allahın işidir, neyləmək olar", - deyə Gülü Hüseynova bildirib.

Qeyd edək ki, Rəmiş Hüseynovun qardaşının evinin yanması xəbərini APA agentliyi yayıb.

Məlumatda deyilir ki, Vaqif Hüseynova məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzilin 2 otağı, dəhlizi və vanna otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. İlkin ehtimala görə, yanğın evdəki kompüterdən başlayıb.

Rəmiş Hüseynov da qardaşının evinin yanmasını təsdiq edib.





Bahar RÜSTƏMLİ
AzNews.az