Millət vəkilinə “virus” göndərilib

5 Oktyabr 2012 12:30 (UTC+04:00)


Millət vəkili Əli Məsimovun "facebook" səhifəsinə virus olduğu ehtimal edilən link göndərilib.

Millət vəkilinin AzNews.az-a verdiyi məlumata görə, www.mediafire.com/?ow1qo04dwp93whe linki İradə Səfərova adlı "facebook" istifadəçisindən daxil olub: "Link göndərildikdən sonra dostlarım mənə bu barədə məlumat verdi və mən onlara bildirdim ki, linki mən yaymıram. Görünür bəlkə də virusdur. Ona görə də bütün dostlarımı xəbərdar edirəm ki, açmasınlar".

Elnarə Əlosmanqızı
AzNews.az