Sofiyada prezidentlərin geniş tərkibdə görüşü keçirildi

4 Mart 2015 15:46 (UTC+04:00)


AzNews.az APA-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Bolqarıstan arasında strateji əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu qeyd edilib.

Söhbət əsnasında Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, investisiya qoyuluşu, energetika, TAP və TANAP strateji layihələri, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, ərzaq məhsulları, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.