“Əli və Nino”dan oğurluq edən şəxs tutuldu – 18 yaş

4 Mart 2015 17:34 (UTC+04:00)


Bu barədə AzNews.az-a Nəsimi rayon istintaq şöbəsinin müstəntiqi Vüqar Məcidov məlumat verib. Onun sözlərinə görə, Bakı şəhəri, Nizami küçəsi 91 ünvanında yerləşən "Əli və Nino" mağazasına girərək oğurluq edən şəxs 1997-ci il təvəllüdlü Xəlilov Şəhruz Rəşid oğludur. Hazırda polis tərəfindən saxlanılmış adıçəkilən şəxs Sabirabad rayon sakinidir.

Hazırda oğurluq faktı ilə bağlı istintaq işi davam etdirilir.

Nigar
AzNews.az