Xaçmazda 51 yaşlı qadını drezin vurdu

4 Mart 2015 19:05 (UTC+04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə dəmiryol xəttinin rayonun Müşkür kəndi ərazisində qeydə alınıb. Qusarçaydan-Xaçmaz istiqamətində hərəkətdə olan Dəmiryol Kontakt Şəbəkə rayonuna məxsus drezin 1964-cü il təvəllüdlü Xaçmaz rayon sakini Gülnaz Məmmədovanı vurub.

Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.