O, dünyanın ən yaxşı qapıçısıdır

5 Oktyabr 2012 12:50 (UTC+04:00)
"Mançester Yunayted"in hümumçusu Ueyn Runi Mançester Sitinin qapıçısı Co Hartın Çempiyonlar Liqasında Barussiya Dortmund qarşısında göstərdiyi performansı yüksək qiymətləndirib. O, komanda yoldaşını "dünyanın ən yaxşı qapıçısı" adlandırıb.

AzNews.az Goal.com-a istinadən xəbər verir ki, Runi bu sözləri öz "tviter" səhifəsində yazıb: "Co Hartın inanılmaz oynadığını demək məcburiyyətindəyəm. Mənə görə o dünyanın ən yaxşı qapıçısıdır".

"Mançestet Siti"nin baş məşqçisi də oyundan sonra verdiyi açıqlamada qapının oyunu xilas etdiyini deyib: "Co Hart bizi məğlubiyyətdən qurtardı. Fanatastik performans sərgilədi. Ona təşəkkür edirəm. Bəlkə də o, futbol tarixinin ən yaxşı ən yaxşı performanslarından birini nümayiş etdirdi".

Elman Bakuvi
AzNews.az