Lukaşenko Gürcüstanı MDB-yə qaytarır

5 Oktyabr 2012 12:58 (UTC+04:00)
Belarus prezidenti Gürcüsatnla bağlı açıqlama verib. AzNews.az-ın regnum agentliyinə istinadən verdiyi xəbərə görə, Lukaşenko gürcü xalqına dəstəyə görə, minnətdarlığını bildirib və Gürcüstanı MDB-də görmək istədiklərini bildirib.

Lukaşenko qeyd edib ki, indi MDB-də istənilən məsələləri müzakirə etmək olar. "Gürcüstan MDB-yə qayıda və burada istənilən məsələni müzakirəyə çıxara bilər. Biz Gürcüstanla eyni ölkədə yaşamışıq və bunu tariximizdən silə bilmərik. Sizin təmsilçiniz MDB-də otursa bu heç də pis olmaz".

Lukaşenko həmçinin qeyd edib ki, gələn il MDB-yə Belarus rəhbərlik edəcək və o, şəxsən Gürcüstanın quruma qayıtması üçü əlindən gələni əsirgəməyəcək. "MDB-yə yenidən qatılmaq Gürcüstana nəinki Rusiya ilə, həm də digər post Sovet ölkələri ilə əlaqələri normalaşdırmağa kömək edə bilər".

Sadiq Musa
AzNews.az