Zülfiyyə Xanbabayeva aparıcı olacaq – EKSKLÜZİV – YENİLƏNİB

6 Oktyabr 2012 05:25 (UTC+04:00)
Teleaparıcı Cavid Gül "Azad Azərbaycan" televiziyasında yayımlanan "Canlı səs" verilişiylə bağlı açıqlama verib. AzNews.az-a danışan teleaparıcı bildirib ki, ümumiyyətlə, "Canlı səs" verilişi bağlanıb və əvəzinə "Mən və Sən" adlı yeni verilişin hazırlanıb.

C.Gül qeyd edib ki, Xalq artisti Zülfiyyə Xanbabayeva "Sən və mən" verilişinin aparıcısı olacaq. Teleaparıcı özü haqqında da danışıb. O, yeni yayım dönəmində olmayacağını, amma qarşıdakı yeni mövsümdə efirdə görsənəcəyini söyləyib:

"Mən özüm yeni mövsümə hazırlaşıram. Rəhbərlik məsləhət görərsə, ATV-də bir-iki verilişin aparıcısı olmaq fikrim var".

***
Xalq artisti, müğənni Zülfiyyə Xanbabayeva teleaparıcı olacaq. AzNews.az-a daxil olan məlumata görə, "Azad Azərbaycan" televiziyasında yayımlanan və qalmaqallı veriliş kimi tanınan "Canlı səs"in aparıcısı Z.Xanbabayevin olacağı deyilir.

Xalq artistinin aparıcı olacağı verilişdə müəyyən dəyişikliklər olub. Belə ki, verilişin dekorasiyasında, müğənnilərin bir-birilə yarşması nəzərdə tutulmayıb və veriliş zamanı Z.Xanbabayevin qonaqlarının həmkarları olacağı bildirilir.

Qeyd edək ki, "Canlı səs" verilişinin ideya müəllifi və ilk aparıcısı Mirsalam Mirsalamov olub, daha sonra verilişin aparıcılıq missiyası tanınmış teleaparıcı Cavid Gülə tapşırılıb.

Fuad Mədətov
AzNews.az