Hollandiyadakı erməni səfirliyi qarşısında mitinq - VİDEO

5 Mart 2015 12:20 (UTC+04:00)

Bu barədə Dünya Azərbaycanlıları Konqresinin vitse prezidenti Xəzər Emin AzNews.az-a məlumat verib. Bildirib ki, tədbirlər Hollandiya Türk Konseyinin təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Ermənistanın Hollandiyadakı səfirliyi önündə mitinq keçirilib, qarşısına qara çələng qoyulub. Əllərində Türkiyə və Azərbaycan bayraqları tutan 100-ə yaxın şəxs daha sonra Azərbaycanın Hollandiyadakı səfirliyinə kimi yürüş edib.

Azərbaycan nümayəndə heyəti Hollandiyadakı səfir Mirhəmzə Əfəndiyevin qəbulunda olublar.

Daha sonra Hollandiya parlamentində Xocalı soyqırımı dəhşətlərini əks etdirən sərgi nümayiş olunub, parlament üzvlərinə Xocalı qətliamı barədə ətraflı məlumat verilib.

Tədbirdə Azərbaycandan millət vəkilləri Sahib Alıyev, Zahid Oruc, Prezident yanında İdarəetmə Akademiyasının müəllimi, professor Həvva Məmmədova, Avrasiya Fondunun mətbuat xidmətinin rəhbəri Umud Rəhimoğlu və DAK-ın vitse prezidenti Xəzər Emin iştirak edib.