Baş məşqçı üzr istəyəcək

5 Oktyabr 2012 18:43 (UTC+04:00)
İngiltərə Milli Komandasının baş məşqçısı Roy Hodqson London metrosundan istifadə etdiyi zaman sərnişinlər ilə etdiyi söhbət mətbuata sizib.

Aznews.az-ın Dail Mirror-a istinadən verdiyi məlumaya görə, baş məşqçisi, ona verilən "Rio Ferdinand San Marino və Polşa oyunlarında forma geyinəcəkmi?" sualına "Ferdinandın milli karyerası artıq bitib!" cavabını verib. Beləliklə Ferdinand, milli komandaya alınmayacağını qəzetdən xəbər tutub.

Hodqson, xəbəri bu şəkildə öyrəndiyi üçün Ferdinandan üzr istəyəcəyini deyərək xəbəri yalanlayıb. "Burada sadəcə özümü günahlandırıram. Metrəda sərnişinlər ilə Ferdinand haqqında danışmamalıydım.

Sərnişinlərə, oyunçu üçün milli komandanın qapılarını bağlamayacağımı söyləmişdim. Buna baxmayaraq, önümüzdəki 2 oyunda heyyətə alınmadığını bu şəkildə öyrənməsini istəməzdim. Ona üzr borcluyam." Hodqson bu fikri səsləndirib.

Elman Bakuvi
AzNews.az